Premyer Liqanın ən intizamsız komandası

Premyer Liqanın ən intizamsız komandası
Premyer Liqanın I və II dövrələrində keçirilən 14 turda göstərilən vərəqələrin sayı müəyyənləşib. Fanat.Az xəbər verir ki, hakimlər ümumilikdə 235 vərəqədən istifadə edib. Bunlardan 225-i sarı, 10-u qırmızı vərəqə olub.
Sarı vərəqələrin sayında ən intizamsız komandalar "Sumqayıt" və "Zirə" olub. Hər iki komandanın futbolçularına 34 dəfə xəbərdarlıq edilib. Bu komandaların heç bir futbolçusu qırmızı vərəqə almayıb. 
Sarı vərəqələr 
Sumqayıt - 34
Zirə - 34
Qəbələ - 28
Səbail - 27
Kəpəz - 26
Keşlə - 22
Qarabağ - 21
Neftçi - 21
Göstərilən sarı vərəqələrdən 12-si sonradan qırmızı vərəqəyə çevirilib.
Qırmızı vərəqələrin sayına görə "Qarabağ" Premyer Liqanın ən intizamsız komnadasıdı. Ağdam klubunun futbolçuları 10 qırmızı vərəqədən 3-ünü alıb. "Qəbələ", "Neftçi" və "Keşlə"nin isə 2 futbolçusu meydandan qovulub.
Qırmızı vərəqələr
Qarabağ - 3
Keşlə - 2
Neftçi - 2
Qəbələ - 2
Kəpəz - 1
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər