Premyer Liqanın ən intizamsız klubu və futbolçusu

Premyer Liqanın ən intizamsız klubu və futbolçusu

Premyer Liqanın ən intizamsız komandası müəyyənləşib. Fanat.Az xəbər verir ki, ən çox sarı vərəqə "İnter"in futbolçularının payına düşüb.

Bank klubunun futbolçularına hakimlər 50 dəfə sarı vərəqə göstərib. "İnter"in bir futbolçusu da qırmızı vərəqə alıb.

Ən az sarı vərəqəni "Neftçi"nin futbolçuları alıb - 17. Amma "ağ-qaralar"ın 3 futbolçusu meydandan qovulub. "Neftçi" kimi "Kəpəz" və AZAL-ın da 3 üzvü qırmızı vərəqə alıb. 

"Zirə" və "Sumqayıt"ın futbolçuları meydandan qovulmayıb.

№

Klub

Sarı

Qırmızı

1

İnter

50

1

2

Zirə

37

0

3

AZAL

36

3

4

Qəbələ

30

1

5

Kəpəz

23

3

6

Qarabağ

21

1

7

Sumqayıt

21

0

8

Neftçi

17

3

Cəmi

235

12

Ən intizamsız futbolçu Vüqar Mustafayev olub. O, meydana çıxdığı 12 oyunda 8 sarı vərəqə alıb və bu səbəbdən iki dəfə cəzalı duruma düşüb.

"İnter"dən Zurab Xizanişvili və Tərlan Quliyev, "Kəpəz"dən isə Serjio Kosta 5 dəfə sarı vərəqə alıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər