Premyer Liqanın cəzaları açıqlandı

Premyer Liqanın cəzaları açıqlandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedicilərin çempionatının XV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
Topaz Premyer Liqasının XV turunun “Neftçi” - “Zirə” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Topaz Premyer Liqasının XV turunun “Sumqayıt” - "Kəpəz" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün hər iki klub 1000 manat cərimə olunur.
- Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.
Topaz Premyer Liqasının XV turunun “Rəvan” - AZAL matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Neftçi” - “Zirə” matçında “Zirə” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
- Oyunun 90+2-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Xaqan Məmmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun “Xəzər Lənkəran” - “Qəbələ” matçında “Xəzər Lənkəran”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.   
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər