Premyer Liqanın bütün oyunlar canlı yayımlanacaq

Premyer Liqanın bütün oyunlar canlı yayımlanacaq

Azərbaycan Premyer Liqasının bütün oyunları yenidən canlı yayımlanacaq. Bu barədə "Report"a "CBC Sport"un baş direktoru Volkan Üst məlumat verib.

O, bildirib ki, əvvəl olduğu kimi azarkeşlər yenidən çempionat oyunlarını rahatlıqla evdən izləyə biləcəklər: "Artıq ikinci səyyar telestansiyamız (STS) da istifadəyə tam hazırdır. Bundan sonra bütün oyunları yenidən kanalımız vasitəsilə canlı yayımlayacağıq. Əlbəttə, turun 4 qarşılaşmasının hamısı eyni günə təsadüf etməsə".

Qeyd edək ki, ötən ilin sonlarında televiziya bir STS-lə fəaliyyət gösdərdiyi üçün Premyer Liqanın bütün oyunlarını yayımlaya bilmirdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər