"Zirə" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Adil Şükürov Nelson Bonillanın xidmətindən məhrum olub.
Belə ki, salvadorlu futbolçu cəzalı duruma düşüb. "Kəpəz"lə oyunda cəzalan Bonilla sarı vərəqə limitini doddurub. O, cari mövsümdə 8-ci "sarı"nı alıb və ikinci dəfə cəzalı duruma düşüb. Bu səbəbdən XXXVI turun "İnter"lə oyununu buraxacaq.
Qeyd edək ki, Bonilla hazırda Premyer Liqanın iki bombardirindən biridi. Aktivində 14 qol olan salvadorlu futbolçu "Qarabağ"lı Dani Kintana ilə birlikdə 1-2-ci pillələri bölüşür.
Fanat.az