Premyer Liqanın 5 futbolçusuna "qırmızı işıq"

Premyer Liqanın 5 futbolçusuna "qırmızı işıq"

Bu gün Azərbaycan Premyer Liqasının 25-ci turuna "Şamaxı" - "Səbail" matçı ilə start veriləcək.

Fanat.Az-ın məlumatına görə, açılış oyununu 5 futbolçu buraxacaq.

Meydan sahiblərinin 3, qonaqların 2 üzvü cəzalıdır. 

"Şamaxı"dan Franko Flores "Sabah"la (0:5) matçda qırmızı vərəqə aldığı üçün İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalandırlıb. Azad Pərvizovla Şəhriyar Əliyev isə sarı vərəqə cəzalısıdır. Şəhriyar mövsüm ərzində 8, Pərviz isə 4 sarı vərəqə alıb.

"Səbail"ə gəlincə, Adil Nağıyevlə Tural Bayramlı səfər oyununun iştirakçısı olmayacaq. Nağıyev mövsüm ərzində 8, Bayramlı isə 4 dəfə xəbərdarlıqla üzləşib.

"Şamaxı" - "Səbail" matçı bu gün saat 16:30-da başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər