Futbolda qol vuran futbolçu sevilirsə, assistentlər də daim diqqət mərkəzində olur. Fanat.Az-ın hesablamalarına görə, Premyer Liqanın geridə qalan 14 turunda ən çox qol ötürməsi verən futbolçu Asif Məmmədovdu.
“İnter”i “Qəbələ”yə dəyişəndən sonra bir müddət əsas heyətə düşməyə çətinlik çəkən Asif 5 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb. Maraqlıdı ki, növbəti iki yerdə qərarlaşan oyunçulardan da biri “Qəbələ”lidi. “Qırmızı-qaralar”ın xorvat legioneri Filip Ozobiçlə “Qarabağ”ın ispanı Dani Kintana hərəyə 4 dəfə qol pası verib.
Fanat.Az