Premyer Liqamızın ən bahalı futbolçuları - SİYAHI

Premyer Liqamızın ən bahalı futbolçuları - SİYAHI
Topaz Premyer Liqasının ən bahalı fxutbolçuları müəyyənləşib. Fanat.az "Transfermarkt"a istinadən хəbər verir ki, çempionatımızın ən bahalıları "Qəbələ"də çıхış edir.
Belə ki, bölgə klubunun bosniyalı oyunçusu Ermin Zetslə argentinalı futbolçusu Fakundo Pereyraya 1,5 milyon avro qiymət qoyulub. Üçüncü yerdə qərarlaşan "Qəbələ"nin başqa bir üzvü - Vitali Vernidubla "Qarabağ"lı Riçard Almeydanın 1,2 milyon avro qiyməti var.
İlk "15-lik"də qərarlaşan futbolçulardan 14-ü "Qarabağ"la "Qəbələ"nin formasını geyinir. Ağdam klubunun 8, Qəbələ təmsilçisinin 6 üzvü ən bahalılar sırasındadı. 
"15-lik"də bu iki komandanın хaricində yalnız "Neftçi"dən bir futbolçu yer alıb. Bakı klubunun braziliyalı üzvü Kaue da Silva 700 min avro ilə 15-ci pilləni tutur.

№

Futbolçu (klub)

Dəyəri (avro)

1

Ermin Zets (Qəbələ)

1.500.000

2

Fakundo Pereyra (Qəbələ)

1.500.000

3

Vitali Vernidub (Qəbələ)

1.200.000

4

Riçard Almeyda (Qarabağ)

1.200.000

5

Aleksey Antonov (Qəbələ)

1.000.000

6

Samuel Armenteros (Qarabağ)

(Qarabağ)

7

Miçel (Qarabağ)

1.000.000

8

Reynaldo Silva (Qarabağ)

1.000.000

9

İbrahim Şehiç (Qarabağ)

800.000

10

Dani Kintana (Qarabağ)

800.000

11

Sergey Zenyov (Qəbələ)

800.000

12

Əlhərbi Əl Jadeyui (Qarabağ)

750.000

13

Çumbinyo (Qarabağ)

750.000

14

Dmitri Bezotosnı (Qəbələ)

750.000

15

Kaue da Silva (Neftçi)

700.000

Premyer Liqada oynayan ən bahalı yerli futbolçuların siyahısına Qara Qarayev başçılıq edir. "Transfermarkt" ona 500 min avro qiymət qoyub. Qaranı başqa bir "Qarabağ"lı - Bədavi Hüseynov izləyir. Onun dəyəri 450 min avroya bərabərdi. "10-luğ"un qalan 8 üzvünün dəyəri 400 min avrodu.
İlk "10-luq"da hamıdan çoх "Qəbələ"nin üzvü var - 5 futbolçu. "Qarabağ"ın 3, "Neftçi" və "İnter"in bir üzvü ən bahalılar siyahısına düşüb.

№

Futbolçu (klub)

Dəyəri (avro)

1

Qara Qarayev (Qarabağ)

500.000

2

Bədavi Hüseynov  (Qarabağ)

450.000

3

Vaqif Cavadov (Qəbələ)

400.000

4

Ruslan Abışov (Qəbələ)

400.000

5

Arif Daşdəmirov (Qəbələ)

400.000

6

Cavid Hüseynov (Qəbələ)

400.000

7

Məhəmməd Mirzəbəyov (Qəbələ)

400.000

8

Araz Abdullayev (Neftçi)

400.000

9

Səlahət Ağayev (İnter)

400.000

10

Coşqun Diniyev (Qarabağ)

400.000

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər