Premyer Liqada yeni rekordçu

Premyer Liqada yeni rekordçu

İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutan "Vulverhempton"la oyun "Mançester Siti"nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Fanat.Az xəbər verir ki, bu oyunda 3 qol vuran futbolçu yeni rekorda imza atıb.

Çempionatdakı 19-cu matçında 4-cü het-trikini gerçəkləşdirən norveçli forvard bu göstəriciyə ən tez çatan oyunçu olub.

Bundan əvvəlki rekord "Mançester Yunayted"in niderlandlı sabiq hücumçusu Rud van Nistelroya məxsus idi. Lakin o, bunu 65 oyuna bacarmışdı.

3-cü sırada Luis Suares (81 görüş), 4-cü yerdə Alan Şirer (86), 5-ci pillədə isə Robbi Fauler (89) qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər