İngiltərənin “Sanderlend” klubunun yeni baş məşqçisi müəyyənləşib. Fanat.az хəbər verir ki, Premyer Liqa təmsilçisini Sem Ellardays çalışdıracaq.
60 yaşlı ingilis mütəхəssis bu postda bir neçə gün əvvəl istefaya göndərilən Dik Advokatı əvəzləyib. Onun son iş yeri “Vest Hem” olub. "Sanderlend" Ellardaysla 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Sanderlend" İngiltərə Premyer Liqasında 8 turdan sonra 19-cu pillədə qərarlaşıb.
Fanat.az