Premyer Liqada yanvarın məşqçisi açıqlandı

Premyer Liqada yanvarın məşqçisi açıqlandı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqada yanvar ayının ən yaxşı məşqçisi seçilib.

Fanat.Az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarda “qırmızılar” İngiltərə çempionatında 3 oyun keçirib.

İlk görüşdə Kloppun komandası “Nyukasl”ı (4:2), ikincidə “Bormut”u (4:0), üçüncüdə isə “Çelsi”ni (4:1) məğlub edib.

Cari mövsüm “Liverpul”un “sükanı arxasında” olan 56 yaşlı alman məşqçi üçün sonuncu mövsüm olacaq. Bu barədə mütəxəssisin özü məlumat verib.

“Liverpul” Premyer Liqada 24 oyundan sonra 54 xalla birinci yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər