Premyer Liqada X turun rəmzi komandası

Premyer Liqada X turun rəmzi komandası
Topaz Premyer Liqasında X turun rəmzi komandası müəyyənləşib.
Fanat.Az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, rəmzi komandada "Qarabağ"dan 6, "Qəbələ"dən 3, "Neftçi"dən 2 futboçu yer alıb. 
"Neftçi"dən Mirabdulla Abbasov beşinci, "Qəbələ"dən Sabian Lilay və "Qarabağ"dan Abbas Hüseynov üçüncü dəfə həftənin komandasına seçiliblər. "Qəbələ"dən Stiven Monroz, Təmkin Xəlilzadə, "Neftçi"dən Tural Axundov, "Qarabağ"dan isə Rahil Məmmədov, Simeon Slavçev və Con Delarj ikinci dəfə "11-liy"ə düşüblər. 
"Qarabağ"ın qapıçısı Hannes Halldorsson və müdafiəçi Bədavi Hüseynov ilk dəfə rəmzi komandada yer alıb.   
Qapıçı: Hannes Halldorsson ("Qarabağ”)
Müdafiəçilər: Tural Axundov ("Neftçi”), Rahil Məmmədov ("Qarabağ”), Bədavi Hüseynov ("Qarabağ”), Abbas Hüseynov ("Qarabağ)
Yarımmüdafiəçilər: Təmkin Xəlilzadə ("Qəbələ”), Simeon Slavçev ("Qarabağ”), Sabien Lilay ("Qəbələ”), Con Delarj ("Qarabağ”)
Hücumçular: Mirabdulla Abbasov ("Neftçi”), Stiven Monroz ("Qəbələ”)
Qeyd edək ki, rəmzi komanda və həftənin futbolçusu "InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər