Premyer Liqada VAR-la bağlı yenə problem yarandı

Premyer Liqada VAR-la bağlı yenə problem yarandı

Misli Premyer Liqasının daha bir oyununda VAR sistemi ilə bağlı problem yaşanıb.

Fanat.Az xəbər verir ki, bir qədər əvvəl start götürən XV turun "Sumqayıt" - "Qəbələ" matçı "hakimin köməkçisi" olmadan keçirilir.

Problemin texniki səbəbdən baş verdiyi bildirilir. 

Qeyd edək ki, cari mövsümdə artıq 3-cü dəfədir VAR-lə bağlı analoji problem yaranır. Bundan əvvəl "Kəpəz" - "Şamaxı" (VII tur) və "Zirə" - "Neftçi" (XII tur) görüşlərində sistemin köməyindən yararlanmaq mümkün olmayıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər