"Lester" baş məşqçisi Klaudio Ranyeri ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, 64 yaşlı mütəxəssisi saxlamaq niyyətində olan klub onunla yeni müqavilə imzalayacaq.
Qeyd edək ki, Klaudio Ranyeri 2015-ci ildən çalışdırdığı "Lester"i "Arsenal", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Tottenhem" kimi məşhur klubları qabaqlayaraq tarixində ilk dəfə Premyer Liqanın qalibi edib. Əvvəllər "Napoli", "Fiorentina", "Yuventus", "Roma", "İnter","Valensiya", "Atletiko", "Çelsi" kimi tanınmış klubları və Yunanıstan yığmasını çalışdıran mütəxəssis karyerası ərzində çox sayda kubok qazanıb.
Fanat.az