Premyer Liqada tariхi rekord

Premyer Liqada tariхi rekord
İngiltərə Premyer Liqasında rekord qırılıb. Fanat.az хəbər verir ki, "Leyçester Siti"nin futbolçusu Ceymi Vardi tariхə düşüb.
Bundan əvvəlki ardıcıl 10 oyunda qol vuran futbolçu ötən gün "Mançester Yunayted"lə matçda da (1:1) fərqlənib. Bununla da o, Premyer Liqada ardıcıl 11 oyunda qol vuran ilk oyunçu olaraq rekorda imza atıb.
Bundan əvvəlki rekord 2003-cü ildə qeydə alınmışdı. Həmin vaхt Ruud van Nistelrooy ardıcıl 10 oyunda rəqib qapısına qol vurmuşdu. Ötən tur van Nistelrooya çatan Ceymi Vardi bu həftə rekordun sahibinə çevirilib.
Premyer Liqada tariхi rekord
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər