İngiltərə Premyer Liqasında rekord təkrarlanıb. Fanat.az хəbər verir ki, "Leyçester Siti"nin forvardı Ceymi Vardi ardıcıl 10 matçda qol vuraraq gündəmə gəlib.
Ötən gün komandasının "Nyukasl"ı 3:0 hesabı ilə yendiyi oyunda da qol vuran Vardi 2013-cü ildə ardıcıl 10 oyunda qol vuran Ruud van Nistelrooyun rekordunu təkrarlayıb. 28 yaşlı ingilis futbolçu gələn tur "Mançester Yunayted"i də məyus etsə, rekordun sahibi olacaq.
Fanat.az