Premyer Liqada neçə klubun oynayacağına bu tarixdə aydınlıq gələcək - DƏQİQLƏŞDİ

Premyer Liqada neçə klubun oynayacağına bu tarixdə aydınlıq gələcək - DƏQİQLƏŞDİ

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı dəqiqləşib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, tədbir iyunun 16-da keçiriləcək.

İclasın assosiasiyanın inzibati binasında olacağı və saat 10:00-da başlayacağı bildirilir. 

İclasın gündəliyi zəngin olacaq. Belə ki, qərarverici komitə yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək komandaların sayını, adlarını açıqlayacaq. İclasda həmçinin yeni liqaların təşkili barədə məlumat veriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər