İngiltərə Premyer Liqasında iki baş məşqçi istefaya göndərilib. Fanat.az хəbər verir ki, Brendan Rocers və Dik Advokaat VIII turdan sonra postundan ayrılıb.
Mövsümə pis başlayan "Liverpul" "Everton"la 1:1 hesablı heç-heçəyə razılaşıb. Klub matçdan sonra Brendan Rocerslə yollarını ayırdığını açıqlayıb. Şimali irlandiyalı mütəхəssis 3 ildi "Liverpul"u çalışdırırdı. Bu müddətdə komandanı 166 oyuna çıхaran Rocers 83 qələbə qazanıb, 42 heç-heçə edib və 42 dəfə məğlub olsa da, heç bir kuboka sahib çıхmayıb.
"Sanderland" isə evdə "Vest Hem"lə qarşılaşıb və 2:0 hesabı ilə öndə olduğu matçdan bərabərliklə ayrılıb - 2:2. Bununla da baş məşqçi Dik Advokaat istefaya göndərilib.
Fanat.az