Premyer Liqada hansı komanda penalti vurmayıb?

Premyer Liqada hansı komanda penalti vurmayıb?

Topaz Premyer Liqasının ilk iki dövrəsinin 56 oyununda 16 penalti təyin edilib. Fanat.Az xəbər verir ki, leyhinə ən çox 11 metrlik cərimə zərbəsi verilən klub "Zirə" olub.

Adil Şükürovun başçılıq etdiyi komanda 4 belə imkan qazanıb və hamısını qola çevirib. Hakimlərin penalti vermədiyi yeganə komanda AZAL olub.

16 penaltidən yalnız biri dəqiq olmayıb. Belə ki, II turun "Qəbələ" - "İnter" matçının 53-cü dəqiqəsində Rauf Cabbarov meydan sahiblərinin leyhinə penalti təyin edib. Amma Nika Kvekveskiri sabiq komandasını cəzalandıra bilməyib və matç 0:0 hesabı ilə yekunlaşıb.

Klub

Penalti

Dəqiq olan

Zirə

4

4

Qəbələ

3

2

İnter

2

2

Kəpəz

2

2

Neftçi

2

2

Sumqayıt

2

2

Qarabağ

1

1

AZAL

0

0

AZAL penalti vurmasa da, qapısına ən çox 11 metrlik cərimə zərbəsi təyin olunan komandadı. Hakimlər 5 dəfə "təyyarəçilər"i belə zərbə ilə cəzalandırıb. Bütün hallarda zərbələr dəqiq olub. "İnter"in qapısına təyin olunan 4 penaltidən 3-ü qola çevrilibsə, “Qarabağ”, “Sumqayıt” və “Zirə”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin edilməyib.

Klub

Penalti

Dəqiq olan

AZAL

5

5

İnter

4

3

Kəpəz

3

3

Qəbələ

3

3

Neftçi

1

1

Qarabağ

0

0

Sumqayıt

0

0

Zirə

0

0

 

Hakimlər arasında lider Əliyar Ağayevdi. FIFA referisi 5 penalti təyin edib. Bunlardan üçü XIV turun “Qəbələ” - “Kəpəz” matçına təsadüf edib. Bu matç 1-dən artıq belə zərbənin vurulduğu yeganə görüşdü. Penalti təyin etməyən yeganə hakim Orxan Məmmədovdu.

Əliyar Ağayev

5

Rəhim Həsənov

3

Rauf Cabbarov

2

Fariz Yusifov

2

Ramil Diniyev

1

Ömər Paşayev

1

İnqilab Məmmədov

1

Rəvan Həmzəzadə

1

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər