İngiltərə Premyer Liqasının sonuncu turu çərçivəsində keçirilməli olan "Mançester Yunayted" - "Bormut" matçı təxirə salınıb. Fanat.az xəbər verir ki, buna səbəb "Old Trafford" stadionunda bomba həyacanının yaşanması olub.
Belə ki, matçdan öncə stadionda terror təhlükəsi ilə bağlı həyacan siqnalı verilib. Bundan sonra azarkeşlər arenadan çıxarılıb və tribunaların birində şübhəli paket tapılıb. Əvvəlcə oyunun 45 dəqiqə sonra başlayacağı bildirilsə də, matç terror təhlükəsi səbəbi ilə təxirə salınıb.

Fanat.az