Premyer Liqada 23, Super Liqada 21

Premyer Liqada 23, Super Liqada 21

Türkiyə Futbol Federasiyası Super Liqanın formatında dəyişiklik edib. Fanat.Az xəbər verir ki, 2017/18 mövsümündə klublar oynunun protokoluna 18 yox, 21 futbolçunun adını daxil edəcək.

Hansısa klub siyahıya 18 futbolçu daxil etsə, onlardan biri qapıçı olmaqla ən azı 7-si Türkiyə milli komandasında oynamaq hüqunua sahib olmalıdı. Say 19 olsa, millidə oynamaq hüququ olan futbolçuların sayı 8 olmalıdır. 20 və 21 nəfərlik siyahıda isə belə futbolçuların sayı ən azı 9-a qədər artmalıdı. 

TFF yeni mövsümlə bağlı başqa dəyişikləri də bəyan edib. Belə ki, klubların istəyinə əsasən, yeni mövsümdə hər oyundan öncə və fasilədə qazonun sulanması barədə təlimat olacaq. Bundan əlavə, oyunun gedişində eyni vaxtda isinmə hərəkətləri yerinə yetirəcək oyunçu sayı da 5-ə qaldırılıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Peşəkar Futbol Liqası bənzər qərar verib. Belə ki, yeni mövsümdən etibarən Premyer Liqa klubları oyunların protokoluna 18 yox, 23 futbolçu daxil edə biləcək. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər