Premyer Liqada 1-ci turun proqramı bəlli oldu

Premyer Liqada 1-ci turun proqramı bəlli oldu

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün 1-ci turunun oyun cədvəli müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmaların keçirilmə gününü və başlama saatını açıqlayıb.

Mövsümə Tovuzda start veriləcək. Yerli “Turan Tovuz” avqustun 4-də elitaya qayıdan “Araz-Naxçıvan”ı qəbul edəcək.

Premyer Liqa 1-ci tur 4 avqust (cümə)

17:00. “Turan Tovuz” – “Araz-Naxçıvan” Tovuz şəhər stadionu

5 avqust (şənbə)

18:30. “Səbail” – “Sumqayıt” “ASCO Arena”

21:00. “Qarabağ” – “Zirə” “Azersun Arena”

6 avqust (bazar)

17:00. “Kəpəz” – “Neftçi” Gəncə şəhər stadionu

20:00. “Sabah” – “Qəbələ” “Bank Respublika Arena”

Qeyd edək ki, aparılan işlərin yekunları ilə tanış olmaq məqsədilə iyulun 31-də Tovuz və Gəncə şəhər stadionlarına yekun baxış keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər