“Kəpəz”in qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunları arasında dəyişiklik olub.
Fanat.Az xəbər verir ki, yanvarın 19-da “Zirə” ilə oyun keçirmək barəsində əvvəlcədən razılıq əldə olunsa da, paytaxt klubunun Türkiyədə toplanış keçməsi ilə əlaqədar, görüş baş tutmayacaq.
Əvəzində Gəncə təmsilçisi “Zaqatala” ilə oynayacaq. I divizion klubu ilə görüş yanvarın 19-da keçiriləcək.
“Dalğa Arena”da baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.
Fanat.Az