İngiltərə Premyer Liqasında oynanılan "Everton" - "Mançeste Yunayted" oyununda "Çelsi"li azarkeşlər damğa vurublar.
Fanat.Az xəbər verir ki, xüsusi ilə ekranlarda "Çelsi" yazılı geyimdə olan bir qızın görünməsi diqqət çəkib. Emili Roqauski onun "Çelsi" forması geyinməsinə etiraz edənlərə sosial mediadan cavab verib:
"Nə geyinməmi gözləyirdiniz ki? Mən futbolu, "Çelsi"ni sevirəm. Amma ucuz qiymətə belə bir yerdən izləyəcə biləcəyim oyunu əldən vermək istəmədim. Eyni zamanda Bastian Şvaynştaygeri də görmək istəyirdim".
E.Roqauski gözəlliyi ilə sosial mediada bir gündə məşhurlaşıb. "Çelsi" azarkeşi olsa da, "Mançester Yunayted" fanatları da ona heyranlıqlarını bildiriblər.(axşam.az)
Fanat.Az