“Selta”nın yarımmüdafiəçisi Qabriel Veyqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Mənbənin məlumatına görə, 20 yaşlı futbolçunun transferinə “Mançester Yunayted” və “Liverpul” maraq göstərir. Hər iki klub yay transfer pəncərəsində perspektivli ispaniyalı ilə müqavilə imzalamağa hazırlaşır.
Veyqanın Viqo klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. "Transfermarkt" onun dəyərini 10 milyon avro qiymətləndirir.
Qabriel İspaniya çempionatının cari mövsümündə 24 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Daha əvvəl mətbuatda "Real Madrid"in də Veyqa ilə maraqlandığı bildirilirdi.
Mirağa