Premyer Liqa: mövsümün ilk avtoqolu

Premyer Liqa: mövsümün ilk avtoqolu

Topaz Premyer Liqasında mövsümə start verilib. Fanat.Az xəbər verir ki, açılış oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib. 

Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda mövsümün ilk avtoqolu qeydə alınıb. 90+2-cü dəqiqədə qonaqların oyunçusu Rahid Əmirquliyev öz qapısına yol taparaq "Neftçi"ni təsəlli qoluna sevindirib.

Qeyd edək ki, açılış matçında mövsümün ilk qolu və dublu qeydə alınıb. Hər iki ilkin müəllifi "Qarabağ"lı Mahir Mədətov olub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər