İngiltərə Premyer Liqasında çıxış edən "Vest Hem" gələn mövsüm iddialı heyətlə mübarizəyə başlamaq niyyətindədi. Fanat.az xəbər verir ki, klub rəhbərliyi transferlər üçün 30 milyon funt-sterlinq (təxminən 65 milyon manat) büdcə ayırıb.
Baş məşqçi Slaven Biliçin hədəfindəki ilk isim Zlatan İbrahimoviçdi. İsveçli ulduzun yayda PSJ-dən ayrılacağı dəqiqdi. O, indiyədək dəfələrlə Premyer Liqada oynamaq istədiyini bildirib. "Vest Hem"in prezidenti David Sullivan da İbrahimoviçi transfer etmək istədiklərini bildirərək "Bütün Avropanın tanıdığı bir forvard transfer siyahımızdadı. Bütün pulumuzun böyük hissəsini hücumçu transferinə xərcləyəcəyik. İbrahimoviç bizi qəbul edər bilmirəm, amma 34 yaşında olmasına rəğmən hələ də super oyunçudu" demişdi.
İsveçli forvardın adı bir çox iddialı klubla, o cümlədən "Mançester Yunayted"lə yanaşı çəkilir. Bu səbəbdən onun "Vest Hem"ə keçidi o qədər də inandırıcı görünmür.
"Vest Hem"in transfer siyahısında İbrahimoviçdən başqa "Liverpul"dan Kristian Benteke, "Marsel"dən Mişi Batşuayi, "Mançester Siti"dən Vilfried Boni və "Lion"dan Aleksandre Lakazette də var.
Fanat.az