Premyer Liqa klubunun futbolçusu üçün mövsüm bitdi

Premyer Liqa klubunun futbolçusu üçün mövsüm bitdi

“Vest Hem”in hücumçusu Canluka Skamakka sosial şəbəkə hesabında paylaşım edib.

Fanat.Az xəbər verir ki, dizindən əməliyyat olunan forvard bu barədə aşağıdakı sözləri yazıb:

“Əməliyyat olundum. Şübhə etmirəm ki, əvvəlkindən daha güclü qayıdacağam”.

24 yaşlı futbolçu mövsümün qalan hissəsində “çəkicdöyənlər”ə kömək edə bilməyəcək.

O, cari mövsümdə İngiltərə Premyer Liqasında 27 oyuna çıxıb və 8 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər