İngiltərə Premyer Liqasında bu mövsüm uğurlu çıxış edən və 34 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "Barnli"nin baş məşqçisi Sean Diçein qeyri-adi vərdişi açıqlanıb. Fanat.Az xəbər verir ki, barədə onun keçmiş komanda yoldaşı Soren Andersen danışıb.
1998-1999-cu illərdə "Bristol Siti"də birlikdə oynadığı Diçe barədə danışan Andersen "Bəlkədə bu sizə iyrənc görünə bilər, amma o, futbolçu karyerası ərzində məşq edərkən soxulcan yediyini dedi. Hər oyunda 1-2 soxulcan yeyirdi. Bunu niyə etdiyini bildmirəm. Həyatım boyu belə şey etməmişəm. Fikrimcə, o, təbii şeyləri yeməyi sevirdi" deyib.
Fanat.Az