Premyer Liqa klubunu bu 4 mütəxəssisdən biri çalışdıracaq - Zidan da namizəddir 

Premyer Liqa klubunu bu 4 mütəxəssisdən biri çalışdıracaq - Zidan da namizəddir 

Bir müddət əvvəl baş məşqçisi Antonio Konteni istefaya göndərən "Tottenhem" yeni baş məşqçi axtarışını davam etdirir. 

Fanat.Az xəbər verir ki, "Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan Hotspur klubunun hədəfindədir.

İngiltərə klubu Zidandan başqa daha 3 mütəxəssisin namizədliyini nəzərdən keçirir. Söhbət Yulian Nagelsman, Luis Enrike və Maurisio Poçettinodan gedir.

Qeyd edək ki, bu mövsümün sonuna kimi "Tottenhem"in baş məşqçi postunu Kristian Stellini tutacaq.

"Tottenhem" İngiltərə Premyer Liqasında 28-ci turdan sonra 49 xalla dördüncü pillədə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər