"Vest Hem" türk futbolçunu heyətinə qatır. Fanat.az xəbər verir ki, Premyer Liqa klubu "Beşiktaş"dan Gökhan Töreni transfer edir.
Məlumata görə, artıq tərəflər arasında anlaşma əldə olunub. "Vest Hem" bu transferə görə "Beşiktaş"a 11,6 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Beşiktaş" Gökhanı 2014-cü ildə "Rubin"dən 4,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 15 milyon avro qiymət qoyub. 2015/16 mövsümündə 30 rəsmi oyuna çıxan 24 yaşlı yarımmüdafiəçi 5 qol vurub.
Fanat.az