"Vest Hem" Avropada yay transfer pəncərəsinin ənbahalı transferlərindən birini edə bilər. Fanat.az xəbər verir ki, Premyer Liqa klubu Aleksandre Lakazetteyə elçi düşüb.
"Vest Hem" bu futbolçu üçün Lion "Olimpik"inə 52 milyon avro təklif etməyə hazırdı. İddialara görə, Premyer Liqa təmsilçisi qarşı tərəfə rəsmi təkliflə müraciət etməyə hazırlaşır.
Qeyd edək ki, Aleksandre Lakazette "Olimpik"in yetirməsidi. "Transfermarkt" Fransa yığmasının üzvünə 30 milyon avro qiymət qoyub. 2015/16 mövsümündə 44 rəsmi oyuna çıxan 25 yaşlı hücumçu 23 qol vurub.
Fanat.az