İngiltərənin "Bormut" klubu "Liverpul"un futbolçusu Cordan İbeni heyətinə qatıb. Fanat.az xəbər verir ki, Premyer Liqa klubu 20 yaşı Nigeriya əsilli ingiltərəli futbolçu ilə 4 illik müqavilə imzalayıb.
Klubdan verilən açıqlamada futbolçu üçün ödənən transfer haqqı açıqlamayıb. Amma İngiltərə mətbuatı "Bormut"un "Liverpul"a 18 milyon avro ödədiyini yazıb. Bu isə klub tarixinin rekordudu.
Qeyd edək ki, Cordan İbe "Liverpul"a 2011-ci ildə "Vikombe Vanderers" klubundan 600 min avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 7 milyon avro qoyduğu futbolçu ötən mövsüm meydana çıxdığı 41 oyunda 4 qol vurub.
Fanat.az