Premyer Liqa klubundan 37,5 milyonluq transfer

Premyer Liqa klubundan 37,5 milyonluq transfer

İngiltərənin "Kristal Palas" klubu Kristian Bentekeni heyətinə qatmaq istəyir. Fanat.az xəbər verir ki, Premyer Liqa klubu bu futbolçu üçün "Liverpul"a ikinci dəfə müraciət edib.

İlk dəfə yox cavabı alan "Kristal Palas" təklif etdiyi məbləği artırıb. Əvvəlcə 32 milyon avro təklif edən klub bu məbləği 37 milyon 500 min avroya qaldırıb.

Qeyd edək ki, "Liverpul" Kristian Bentekeni 2015-ci ildə "Aston Villa"dan 46,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 27 milyon avro qiymət qoyub. Ötən mövsüm 42 rəsmi oyuna çıxan 25 yaşlı belçikalı hücumçu 10 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər