“Brayton” iki futbolçusu ilə yeni müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa klubu müdafiəçiləri Yoel Veltman və Ed Ternslə müqavilənin müddəni artırıb.
Hər iki futbolçu 2 illik yeni sözləşməyə imza atıb.
Niderlanddan olan 31 yaşlı Yoel Veltman 2020-ci ildən oynadığı “Brayton”da 106 oyuna 3 qol vurub.
20 yaşlı Ed Terns isə bu klubun öz yetirməsidir. O, “Brayton”da cəmi 2 oyun keçirib.
“Brayton” qapıçısı Kyel Sxerpeni də Avstriyanın “Şturm Qraz” klubuna icarəyə verib. Niderlanddan olan 23 yaşlı qolkiper qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.