Premyer Liqa klubu şokda: futbolçu qaçdı

Premyer Liqa klubu şokda: futbolçu qaçdı

"Everton" klubu transferin son günündə əsl şok yaşayıb. Fanat.Az xəbər verir ki, Premyer Liqa klubu anlaşdığı futbolçu ilə müqavilə imzalaya bilməyib.

Belə ki, klub rəhbərliyi "Nyukasl"dan almağa hazırlaşdığı Mussa Sissoko üçün 35 milyon avroluq razılıq əldə edib və onun özü ilə anlaşıb. Hətta müqavilə forması hazırlanıb, tibbi müayinədən keçmək və anlaşmanı imzalamaq üçün futbolçuya zəng ediblər. Ancaq həmin vaxt futbolçunun telefonu sönülü olub.

Bir neçə saatlıq axtarışdan sonra Sissokonun menecerindən xəbər gəlib. Məlum olub ki, fransız yarımmüdafiəçi transferdən vaz keçib və qərarını klub rəhbərliyinə bildirmək əvəzinə gizlənməyə üstünlük verib.

Bir neçə saat sonra isə Sissokonun qərarını dəyişdirməsinin səbəbi aydınlaşıb. Məlum olub ki, fransız futbolçu "Tottenhem"in təklifini qəbul edib. London klubu onun üçün "Nyukasl"a 35 milyon avro ödəyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər