"Kristal Pelas" tezliklə baş məşqçi Roy Hocsonu istefaya göndərəcək.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Qərar artıq klub rəhbərliyi tərəfindən verilib və yaxın vaxtlarda açıqlanacaq.
76 yaşlı ingilis məşqçinin əvəzeləyicisi də məlumdur. "Kristal Pelas" Frankfurt “Ayntraxt”ındakı ilə işi ilə tanınan Oliver Qlasnerlə danışıqlara başlayıb.
Hazırda “Kristal Pelas” Premyer Liqanın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Mirağa