İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi, hazırda "Midlsboro"nu çalışdıran Maykl Kerrik "Vest Hem"in sükanı arxasına keçməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı “Times Sport” yayıb.
Mənbənin məlumatına görə, Premyer Liqa klubu hazırda Çempionşipdə işləyən 41 yaşlı mütəxəssisi tezliklə yollarını ayıracağı Devid Moyesə əvəzləyici gətirəcək.
Maykl Kerrikin "Midlsbro" ilə müqaviləsi 2025-ci ilə qədərdir. O, Çempionşip təmsilçisini 2022-ci ilin oktyabrından çalışdırır.
Mirağa