İngiltərə Premyer Liqası "Everton"u maliyyə pozuntularında şübhəli bilir.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Söhbət 2021/22 mövsümündə gəlirlər və davamlıq qaydalarının mümkün pozulmasından gedir. Günahı təsdiq olunarsa, klub cərimə və ya xalların silinməsi cəzası ilə üzləşəcək.
"Everton" isə ittlhamı rədd edir və müstəqil komissiya qarşısında günahsız olduqlarını sübut etməyə hazırdır.
Mirağa