Premyer Liqa klubu futbolçusunu bu qiymətə satacaq

Premyer Liqa klubu futbolçusunu bu qiymətə satacaq

İngiltərə Premyer Liqa təmsilçisi “Lester” yarımmüdafiəçi Ceyms Meddisonu satmağı düşünür. 

Fanat.Az “The Telegraph”a istinadən xəbər verir ki, "tülkülər" futbolçunu 50 milyon funt-sterlinq dəyərləndirir.

Meddisonun mövsümlərarası fasilədə "Lester"i tərk etmək ehtimalı yüksəkdir. Onun müqaviləsinin müddəti 2024-cü ilin iyun ayına qədərdir. Anlaşmanın uzadılması ilə bağlı danışıq aparılmır. İngilis futbolçuya əsas namizəd “Tottenhem”dir.

Bu mövsüm 26 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 23 oyun keçirib, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər