Premyer Liqa klubu bu transfer üçün rekord məbləğ ödədi

Premyer Liqa klubu bu transfer üçün rekord məbləğ ödədi

“Brentford” növbəti transferini rəsmiləşdirib.

Fanat.Az xəbər verir ki, sözügedən klub İrlandiya yığmasının və “Vulverhempton”un müdafiəçisi Neytan Kollinzi heyətinə qatıb.

22 yaşlı futbolçu ilə 6+2 illik müqavilə imzalanıb. “Brentford” bu transfer üçün klub rekorduna imza ataraq 26,85 milyon avro ödəyib.

Neytan “Stok Siti”nin yetirməsidir. “Börnli”də forma geyinmiş futbolçu “Vulverhempton”a ötən ilin yayında 24,3 milyon avro qarşılığında keçmişdi. O, bu komandada 31 oyun keçirib. Kollinz İrlandiya yığmasında da 14 oyuna çıxıb, 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər