Premyer Liqa klubu "Barselona"nın istədiyi hücumçunu alır

Premyer Liqa klubu "Barselona"nın istədiyi hücumçunu alır

Hüquqları "Atletik Bilbao"ya məxsus olan 21 yaşlı ispaniyalı hücumçu Niko Uilyamsın karyerasını İngiltərə Premyer Liqa klubunda davam etdirmək variantı var. Fanat.Az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb. Mənbənin məlumatına görə, "Brayton" "Barselona"nın da istədiyi perspektivli oyunçu ilə müqavilə bağlamaqda maraqlıdır. İngiltərə klubu növbəti transfer pəncərəsində futbolçunu heyətinə cəlb etməyə çalışacaq. Uilyams İspaniya çempionatının bu mövsümündə dörd oyun keçirib, iki məhsuldar ötürmə edib. Hücumçunun müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır və onun transfer qiyməti 30 milyon avrodur. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər