Premyer Liqa klubu 20 yaşlı futbolçu üçün 14 milyon avro ödədi

Premyer Liqa klubu 20 yaşlı futbolçu üçün 14 milyon avro ödədi

“Lester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Danimarkanın U-1 yığmasının və “Kopenhagen”in sol cinah müdafiəçisi Viktor Kristianseni transfer edib.

“Lester Siti” bu transfer üçün Danimarka klubuna 14 milyon avro ödəyib. Gənc futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.

Kristiansen “Kopenhagen”in yetirməsidir. O, bu klubun əsas komandasında 73 oyuna çıxıb, 1 qol vurub.

“Lester Siti” hücumçusu Corc Hersti isə “İpsviç Taun”a icarəyə verib. 23 yaşlı forvardın bu mövsümün sonunadək aşağı liqa təmsilçisində forma geyinəcəyi açıqlanıb. Herst 2019-cu ilin yayından formasını geyindiyi Premyer Liqa təmsilçisində cəmi 2 matça çıxıb. O, “İpsviç Taun”dan əvvəl “Blekbern”, “Portsmut”, “Roterem Yunayted”də də icarədə oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər