İngiltərə klubu “Bornmut” növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lion “Olimpik”inin yarımmüdafiəçisi Romen Fevri transfer edib.
“Bornmut” onun transferi üçün Fransa klubuna 15 milyon avro təzminat ödəyib. 25 yaşlı fransız futbolçu 5 illik müqaviləyə imza atıb. Amma Fevrin 2023/24 mövsümünü Fransanın digər klubu “Loryan”da icarədə keçirəcəyi bildirilib.
Fevr daha öncə “Tur”, “Monako” və “Brest”də də oynayıb, Fransanın U-21 yığmasının uğurları üçün çalışıb.
Xatırladaq ki, "Bornmut" başa çatan mövsümü 39 xalla 15-ci pillədə başa vurub. Bundan sonra klub rəhbərliyi baş məşqçi də daxil olmaqla, heyətdə köklü dəyişiklik etməyə qərar verib. Nəticələri ürəkaçan olmayan Qari O`Nill istefaya göndərilib, vakant posta ötən ay Andoni İraola təyin olunub.
Mirağa