İngiltərə Premyer Liqasında çıxış edən klubların 2016/17 mövsümündə çempionluq şansları ilə bağlı proqnozlar açıqlanıb. Fanat.az xəbər verir ki, son çempion "Lester"nin yenidən qızıl medal qazanmaq şansının əmsalı 18.00-ə bərabərdi.
Ötən mövüm sürprizə imza ataraq tarixində ilk dəfə Premyer Liqanın qalibi olan komandanın birincilik şansını Avropadakı mərc şirkətləri 5.000 əmsalla dəyərləndirmişdi. Amma "Lester" çempion olmaqla bütün proqnozları alt-üst etmişdi.
Bukmeyker kantorlarına inansaq, yeni mövsümdə çempionluğa ən real namizəd "Mançester Siti"di. Pep Qvardiolanın komandasının çempionluq əmsalı 2.75-ə bərabərdi. Onları Joze Mourinyonun başçılıq etdiyi "Mançester Yunayted", Arsen Vengerin "Arsenal"ı və Antonio Konteni komandanın başına gətirən "Çelsi" izləyir. "Lester" siyahıda 7-ci ola bilib.
1. Mançester Siti - 2.75
2. Mançester Yunayted - 4.00
3. Arsenal - 5.50
4. Çelsi - 6.00
5. Tottenhem - 6.50
6. Liverpul 8.00
7. Lester - 18.00
8. Everton - 75.00
9. Sautqempton - 75.00
10. Vest Hem - 75.00
11. Kristal Palas - 500.00
12. Stok Stoki - 500.00
13. Bormut - 500.00
14. Sanderlend 750.00
15. Suonsi - 750.00
16. Uatford - 750.00
17. Barnli - 1000.00
18. Hall Siti - 1000.00
19. Midlsbro - 1000.00
20. Vest Bromviç - 1000.00
Fanat.az