Premyer Liqa klublarının futbolçulardan topinq-test götürüldü

Premyer Liqa klublarının futbolçulardan topinq-test götürüldü

Topaz Premyer Liqasının V turunun bütün 4 oyunundan sonra komandaların futbolçularından dopinq-test götürülüb.

Fanat.Az-ın"Report"a istinadən yaydığı xəbərə görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli məlumat verib.

O bildirib ki, 8 komandanın ümumilikdə 16 oyunçusundan götürülmüş test nümunələri Almaniyanın Köln şəhərində yerləşən laborotoriyaya göndərilib.

Ş.Hüseynli sentyabrından 16-da keçirilən “Neftçi” – “Zirə” matçından sonra qonaq komandanın məşqçilər heyətinin futbolçulardan test götürmək istəyən AMADA əməkdaşlarına müqavimət göstərmələrinə də münasibət bildirib. Baş direktor həmin vaxt tərəflər arasında anlaşılmazlığın olduğunu söyləyib: “Əvvəlcə bir qədər müqavimət göstəriblər. Lakin sonra vəziyyəti anlayandan sonra sakitləşiblər. Qaydalara əsasən, seçilmiş idmançı hər bir yarışdan sonra bir saat ərzində dopinq-testə cəlb olunmalıdır. Bu səbəbdən, "Zirə"nin oyunçusunun paltardəyişmə otağından aparılması qaydalar çərçivəsindədir”.

Qeyd edək ki, AMADA tərəfindən qarşıdakı turlarda da dopinq-testlərin götürülməsi nəzərdə tutulub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər