İngiltərə klubları yeni rekord müəyyənləşdiriblər. Fanat.Az xəbər verir ki, Premyer Liqa klubları transferlərə 1 milyard funt-sterlinqdən artıq pul xərcləyib. Manatın bu günkü məzənnəsi ilə bu 2,1 milyarddan artıq vəsait deməkdi.
Bununla da İngiltərə klbuları özlərinə məxsus rekordu qırıblar. Belə ki, ötən il inglis klubları transferlərə 870 milyon funt-sterlinq xərcləmişdi.
Avropa liqalarında bir ölkə təmsilçilərin bir transfer dönəmində bu qədər pul xərcləməsini Premyer Liqada yayımg əlirlərinin artması ilə əlaqələndirir. Hazırda Premyer Liqa klublarının illik gəliri 2milyard funt-sterlinqdən (4,2 milyar manatdan ) artıqdı ki, bu da transferlərə astronomik məbləğlərin xərclənməsinə şərait yaradır.
İngiltərədə yayın ən bahalı transferi Paul Poqba olub. "Mançester Yunayted" onun üçün "Yuventus"a 105 milyon avro ödəyib. Bununla da Poqba tarixə ən bahalı fransız futbolçu kimi düşüb. İninci ən bahalı futbolçu Con Stonesdi. "Mançester Siti" onu "Everton"dan 55,6 milyon avroya alıb.
Premyer Liqanın ən bahalı 10 transferi
1. Paul Poqba - 105 milyon avro ("Yuventus"dan "Mançester Yunayted"ə)
2. Con Stones - 56,5 milyon avro ("Everton"dan "Mançester Siti"yə)
3. Leroy Sane - 50 milyon avro ("Şalke 04"dən "Mançester Siti"yə)
4. Qranit Haka - 45 milyon avro ("Borussiya"dan (Münhenqladbax) "Arsenal"a)
5. Henrix Mkıtaryan: 42 milyon avro ("Borussiya"dan (Dortmund) "Mançester Yunayted"ə)
6. Şkodran Mustafi: 41 milyon avro ("Valensiya"dan "Arsenal"a)
7. Sadio Mane: 41 milyon avro ("Sautqempton"dan "Liverpul"a)
8. Mişi Batşuayı - 39 milyon avro ("Olimpik"dən (Marsel) - "Çelsi"yə)
6. David Luiz - 38,8 milyon avro (PSJ-dən "Çelsi"yə)
10. N`qolo Kante - 35,8 milyon avro ("Lester"dən "Çelsi"yə)
Fanat.Az