"Əl-İttifaq" klubunun yarımmüdafiəçisi Corcinyo Venaldum İngiltərə Premyer Liqasını Səudiyyə Ərəbistanı çempionatı ilə müqayisə edib.
Fanat.Az xəbər verir ki, "SportsMax" vaxtilə İngiltərə Premyer Liqada "Liverpul"da çıxış edən ulduz futbolçunun dediklərini belə çatdırıb:
"Premyer Liqa ilə Səudiyyə Ərəbistanı çempionatı arasında böyük, həm də çox böyük səviyyə fərqi var. Amma bu, normaldır. Çünki İngiltərə Premyer Liqası uzun illərdir yüksək səviyyədədir və hələ də inkişaf edir. Bu, Səudiyyə Ərəbistanına çoxlu keyfiyyətli oyunçuların gəldiyi ilk ildir. Ona görə də bu çempionatın dərhal Premyer Liqaya çevriləcəyi gözlənilmirdi. Ancaq bu başlanğıcdır. Düşünürəm ki, bura nə qədər çox ulduz oyunçu gəlsə, çempionat bir o qədər yaxşı olar".
32 yaşlı Corcinyo Venaldum 2023-cü ilin sentyabrında "Əl-İttifaq"a keçib. O, Səudiyyə klubunun heyətində 6 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
Mirağa