Premyer Liqa həyacanı Yevlaxa qayıdır

Premyer Liqa həyacanı Yevlaxa qayıdır

Premyer Liqanın II turunun "Kəpəz" - "Zirə" matçının keçiriləcəyi stadion müəyyənləşib. Fanat.Az xəbər verir ki, qarşılaşma Yevlaxda baş tutacaq.

Oyun avqustun 20-nə təyin edilib və saat 17.00-da başlayacaq. Bununla da uzun fasilədən sonra Yevlax şəhər stadionunda Premyer Liqa oyunu keçiriləcək.

Qeyd edək ki, Gəncə şəhər stadionunda təmir işləri gedir və oktyabrda başa çatacaq. Bu səbəbdən "Kəpəz" I dövrənin ev oyunlarını doğma meydanda keçirə bilməyəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər