Peres transferə 1 milyard avro xərcləyib

Peres transferə 1 milyard avro xərcləyib
Heyətində həmişə dünyanın ən yaxşı futbolçuları olan "Real"ın prezidenti Florentino Peres bahalı transferlərə imza atmaqla diqqəti çəkir. Fanat.az xəbər verir ki, o, kluba rəhbərlik etdiyi dövrdə komandaya 50 futbolçu cəlb edib və bu transferlərə 1 milyard avroya yaxın vəsait xərcləyib.
Ən son "Tottenhem"dən Qaret Beyli 100 milyon avroya alan Peresin transferə xərclədiyi dəqiq məbləğ açıqlanıb. Prezident 34-ü əcnəbi, 16-sı ispan olan yenilər üçün 973.9 milyon avrodan keçib.
Qeyd edək ki, 2000-cı ildə "Real"ın prezidenti seçilən Peres 6 sonra istefa versə də, 2009-da geri qayıtmışdı. Aradakı 3 ili də hesablasaq, "Real" 2000-ci ildən transferlərə 1 milyard 296 milyon avro xərcləyib.
 
2000/01: Fiqo (60 milyon avro), Flavio (25), Makelele (18), Solari (3,6), Cesar (7.2), Munitis (13.2), Kelades (0).
2001/02: Zidan (75 milyon avro).
2002/03: Ronaldo (45 milyon avro).
2003/04: Bekhem (25 milyon avro).
2004/05: Samuel (25 milyon avro), Vudget (22), Ouen (12), Qravesen (3.5).
2005/06: Ramos (27 milyon avro), Dioqo (6.5), Çiçinyo (7.5), Pablo Qarsiya (5.5), Robinyo (25), Baptista (24), Kassano (5.5).
2006/07: Diarra (26 milyon avro), Kannavaro (7), Emerson (16), Van Nistelrooy (15), Qaqo (20), Hiquayn (12), Marselo (6), Reyes (0).
2007/08: Robben (36 milyon avro), Sneyder (27), Dudek (0), Heynze (12), Metzelder (0), Drentye (14), Saviola (0), Soldado (0).
2008/09: Van der Vaart (13 milyon avro), Lass (20), Huntelaar (20), De la Red (4,5), Xavi Qaryiya (4,5), Faubert (0).
2009/10: Kriştiano Ronaldo (96 milyon avro), Kaka (65), Benzema (35), Xabi Alonso (30), Neqredo (5), Arbeloa (4), Qranero (4), Albiol (15), Garay (10).
2010/11: Di Maria (25 milyon avro), Özil (15), Kedira (10), Pedro Leon (10), Karvalyo (8), Kanales (5,5), Adebayor (0).
2011/12: Koentrao (30 milyon avro), Varane (10), Şahin (10), Kallejon (5), Altıntop (0).
2012/13: Modriç (30 milyon avro), Dieqo Lopez (3,5), Essyen (0).
2013/14: Beyl (100 milyon avro), İllarramendi (38,9), İsko (30), Karvajal (6,5), Kasemiro (5,3) 
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər